Gürcüstanda bir gündə COVİD-19-dan 10 nəfər öldü – Statistika

11:38 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 557 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3321 nəfər həyatını itirib. Virusdan müalicə alan pasiyentlərdən isə 639 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 264 158 nəfərə çatıb.

Onlardan 256 024 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər