Bu ölkələrdən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyuldu - Siyahı

11:52 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Ukraynanın Donetsk vilayətinin Volnovaxa rayonu, İranın Kirmanşah əyalətinin Sərpol Zəhab və Kirmanşah, Xuzistan əyalətinin Dəşt Azadegan və Qərbi Azərbaycan əyalətinin Məhabad inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, bununla əlaqədar olaraq, sadalanan ərazilərdən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

Bütün xəbərlər