Ötən ay Azərbaycandan Gürcüstana gedənlər nə qədər olub? – Hesabat

12:05 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3 138 nəfər səfər edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, ziyarətçilərin sayı illik müqayisədə 121 396 nəfər və yaxud 97,5 % azalıb. Ötən ay qonşu ölkəyə üz tutan beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 93,6 % azalaraq 33 765 nəfər təşkil edib.

Hesabat ayında Gürcüstan qonşu ölkələr arasında ən çox Türkiyədən ziyarətçi (60 512 nəfər) qəbul edib.

 

Bütün xəbərlər