Sifarişçilərin əksəriyyəti onlayn çatdırılma xidmətindən narazıdır - Sorğu

12:13 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Sərt karantin rejimi dövründə onlayn sifariş və çatdırılma xidmətləri ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə Bakıda sorğu keçirilib.

“Media Təhlil Mərkəzi”ndən ABC.AZ-a daxil olan məlumata görə, sorğuda iştirak edən 502 respondentin 50,4%-ini qadınlar, 49,6%-ini isə kişilər təşkil edib.

Sorğu iştirakçılarının 38,8%-i çatdırılma xidmətlərinin keyfiyyətindən ümumilikdə razı olsalar da, respondentlərin 48,6%-i sifarişlərinin bəzən vaxtında çatdırılmadığını bildiriblər.

Cavab verənlərin 12,6%-i isə sifarişlərinin arzuolunan formada çatdırılmadığını qeyd ediblər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər