Azərbaycanla İran arasında yeni gömrük razılaşması əldə olundu – Foto

15:09 - 11.02.2021


11 fevral, Fineko/abc.az. İranın Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə Azərbaycan və İran arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyi, iki ölkə arasında təsdiq olunmuş beynəlxalq baytarlıq sertifikatı əsasında İran ərazisindən tranzit keçməklə iri və xırdabuynuzlu heyvanlar, atlar, diri quş və quşçuluq məhsullarının, birgünlük cücələr və damazlıq yumurtaların Azərbaycandan Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə daşınmasının təmin edilməsi məsələləri müzakirə olunub.

Görüşdə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İranın ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib.

Artıq fevralın 10-dan etibarən sadalanan məhsulların tranzit keçidi təmin edilir.

 


Bütün xəbərlər