Türkiyəyə ən çox sərmayə yatıran ölkələr – Siyahı

15:26 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Ötən ilin 11 ayında (yanvar-noyabr) xarici sərmayədarların Türkiyəyə qoyduğu sərmayənin həcmi açıqlanıb.

ABC.AZ Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankından sözügedən dövrdə xaricdən ölkəyə 4,642 mlrd. ABŞ dolları həcmində yatırım edildiyi açıqlanıb.

Sözügedən dövrdə İtaliya Türkiyəyə 970 mln. dollar, ABŞ – 783 mln. dollar, Niderland isə 491 mln. dollar sərmayə yatırıb.

Ötən ilin 11 ayında Türkiyəyə ən çox Avropa regionundan sərmayə qoyulub. Belə ki, Avropa ölkələrinin Türkiyəyə qoyduğu 3,285 mlrd. dollarla sərmayələrlə birinci yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər