Azərbaycanda müəllimlərin əməkhaqları 10% artıb

01.03.2018,11:16


1 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrinin işçilərin əməkhaqlarının artırılması haqqında  sərəncam imzalayıb.

Sərəncama əsasən, təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə, onların əməkhaqları 2018-ci il martın 1-dən 10% artırılacaq.

Dövlət başçısının digər sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin  maaşları 2018-ci il martın 1-dən orta hesabla 10% artırılır. Sərəncam 2018-ci ilin martın 1-dən qüvvəyə minir.

 

 

Açar sözlər: müəllim