Azərbaycanla Moldova arasında hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş təsdiqlənib

11:32 - 1.03.2018


1 mart, Fineko/abc.az. Azərbaycan prezidenti Azərbaycan ilə Moldova arasında hərbi əməkdaşlıq haqqında hökumətlərarası sazişi təsdiq edib.

Fərman, martın 1-də Azərbaycan prezidentinin saytında dərc olunub.

Fərmana əsasən, Azərbaycanın Müdafiə Nazirliyinə,  Sazişin müddəalarının yerinə yetirilməsi həvalə olunub.

Saziş 2017-ci ildə imzalanmışdır.

 

Bütün xəbərlər