Enerjinin şaxələndirilməsi istehlakçı və istehsalçı ölkələr üçün vacibdir - İlham Əliyev

10:26 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevralın 11-də Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxış edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra məqamlara toxunaraq qeyd edib:

"Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları, tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür".

 

Bütün xəbərlər