Azərbaycan, yeni, “Azerbaijan carpet” brendini yaradır

01.03.2018,11:46


1 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev  xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramını təsdiq edib.

Proqramın məqsədi, xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafı, xammal təminatının yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerləri yaradılması, regionların xalçaçılıq potensialının gücləndirilməsidir.

Dövlət proqramı həmçinin “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və inkişaf etdirilməsini nəzərdə tutur.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi dövlət icra  orqanlarının və dövlət strukturlarının hesabına təmin ediləcək.