330x110
 

Hökumət qeyri-neft ixracını təşviq edən strategiya həyata keçirəcək - Nazir

12.02.2021,12:05


12 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videokonfransda tədbir keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi məqamlara toxunub.

Nazir qeyd edib ki, keçən il əlverişsiz dinamikaya görə sahibkarların əlverişli biznesə əlçatanlığını görə bilmədik.

"Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Ona görə də, hökumət qeyri-neft ixracını təşviq edən strategiya həyata keçirəcək. Ölkəmizin hazırda Azərbaycanda ixrac potensialı yüksək olan 120-yə yaxın məhsul var. Bu ixrac potensialının genişləndirilməsi nəzərdə tutulur" deyə nazir vurğulayıb.