Dörd qurum İnvestisiya Holdinqinin idarəetməsinə verilib - Sərəncam

14:26 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev 4 mühüm qurum barədə Sərəncam verib.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Sərəncamda Nazirlər Kabinetinə bu məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər