Bu ölkə ötən ay nefti ancaq Azərbaycandan alıb

14:35 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Ukrayna 34,34 mln ABŞ dolları dəyərində xam neft idxal edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında deyilir. Bildirilir ki, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 14 % çoxdur.

2020-ci ilin yanvar ayında ölkənin idxal etdiyi xam neftin dəyəri 30,12 mln ABŞ dolları təşkil edib.

Ötən ay Ukraynaya gətirilən bütün xam neft həcmləri Azərbaycandan tədarük edilib.

Eyni zamanda, yanvar ayında Ukrayna neft və neft xammalı idxalını 2020-ci ilin yanvar ayı ilə müqayisədə 1,9 dəfə və ya 49,32 min ton artırıb. Ötən ay Ukraynanın idxalı 106,98 min ABŞ dolları dəyərində olub.

Qeyd edək ki, yanvar ayında Ukrayna xam neftin ixracını həyata keçirməyib.

 

Bütün xəbərlər