Koronavirusla bağlı statistika açıqlandı - 3 ölən var

15:14 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.

Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, ötən müddət ərzində isə ümumilikdə 2 485 483 test aparılıb.

Bütün xəbərlər