Azərbaycanda bu qədər qadın icra başçısının müavini vəzifəsində çalışır

17:10 - 12.02.2021


12 fevral, Fineko/abc.az. 2004-cü ildə bələdiyyə sistemində təmsil olunanların 4 faizini qadınlar, 96 faizini kişilər təşkil edirdisə, 2019-cu ildə keçirilən son seçkilərdə qadınların bələdiyyə sistemində təmsil olunma faizi 39-a yaxın olub.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, onlardan 30 faizindən çoxu bələdiyyə sədri vəzifəsində çalışır ki, bu da Avropada ən yüksək rəqəmlərdən biridir.

"Yerli idarəetmə səviyyəsində çalışan qadınların sayı gündən-günə artıb.  Bu gender bərabərliyinin təmini sahəsində vacib addımlardan biridir. Bu gün Azərbaycanda 80 qadın rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışır".

 

Bütün xəbərlər