Özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritet olacaq – Nazir

10:19 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Qarşıdakı dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün ilk növbədə iqtisadi fəallığın bərpa edilməsi hədəflənir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində, sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi və gəlirlərin ilkin səviyyəsi və istehlak fəallığı bərpa edilsin.

"Bu addımlar yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam, biznesin və özəl investisiyaların canlandırılmasına, qeyri neft qaz sektorunun sürətli artımına nail olmaqdır: “Bu sahədə qeyri-neft məhsullarının istehsalının daha da stimullaşdırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaqdır” deyə nazir vurğulayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər