Ötən il Azərbaycan 111 ölkəyə ixrac həyata keçirib - Hesabat

11:05 - 15.02.2021


15 fevral, Fineko/abc.az. 2020-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycandan 111 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal olub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 201,1 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər