Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – Siyahı

11:41 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi ötən ilin bəzi iqtisadi göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16,0 faiz azalaraq 1 milyard 851,3 milyon dollar təşkil edib.

Sözügedən dövrdə ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər