Gürcüstanda bir gündə 11 nəfər öldü – Yoluxmanın statistikası

12:16 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 165 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 11 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3363 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 639 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 265.722 nəfərə çatıb.

Onlardan 258.093 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər