Milli Məclisdə kadr islahatı - Spikerin köməkçisi işdən çıxarıldı

15:29 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Parlamentin spikeri Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

ABC.AZ-ın məlumatına görə, bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

 

Bütün xəbərlər