Bankir həbsdən buraxıldı

15:40 - 15.02.2021


15 fevral, Fineko/abc.az. "Amrah Bank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

ABC.AZ-ın Reporta istinaden məlumatına görə, Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir. o, 2020-ci ildə həbs edilmişdi. Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.

 

Bütün xəbərlər