“Şirvanşah” restoranında pozuntular aşkarlanıb – Sahibkar məsuliyyətə cəlb olunub

12:05 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus “Şirvanşah” restoranında yoxlama keçirib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

 


Bütün xəbərlər