Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə bu qədər enerji tranzit edib

14:22 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 151,779 kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə həcmi 96 % və yaxud 1,9 dəfə artıb.

Hesabat ayında Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə 12,724 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub. Bu, ötən ilin eyni göstəricisindən 51,8 % və yaxud 2 dəfə azdır.

 

Bütün xəbərlər