Prezident ərazilərin işğaldan azad olunması zamanı maneələrdən danışıb

14:51 - 16.02.2021


16 fevral, Fineko/abc.az. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olub.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.

Görüşdə dövlət başçısı bunarı deyib: "Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk”.

 

Bütün xəbərlər