Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik - Prezident

15:03 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, bu, ticarət sahəsinə də aiddir: “Hərçənd, pandemiya ilə əlaqədar təbii ki, bütün ölkələrdə ümumi daxili məhsulun və əmtəə dövriyyəsinin azalması müşahidə olunur. Buna baxmayaraq, düşünürəm ki, pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik".

 

Bütün xəbərlər