Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi üzrə sərnişin daşımaları 2018-ci ildən həyata keçiriləcək

12:54 - 13.10.2017


30 oktyabr tarixində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin rəsmi açılışı keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun dediyinə əsasən, ilk mərhələdə dəhliz vasitəsi ilə yalnız yük daşımaları həyata keçiriləcək.

“Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi üzrə sərnişin daşımaları artıq növbəti ildən həyata keçiriləcək. Dəhliz vasitəsi ilə yüklər 16-18 saat ərzində çatdırıldığı halda, sərnişinlərin çatdırılması 1-2 saat artıq çəkəcək”, - C.Qurbanov deyərək bildirdi.

Bütün xəbərlər