"Bitkoin" rekord həddi keçdi - 50 min dollardan da baha satılır

17:30 - 16.02.2021


16 fevral, Fineko/abc.az. Məşhur kriptovalyuta Bitkoin növbəti dəfə rekord vurub.

ABC.AZ xəbər verir ki, kriptovalyutanın qiyməti bu gün 50 min dollar həddini ötüb.

Sözügedən elektron valyuta son sutkada 4,5 faiz bahalaşıb.

Qeyd edək ki, Bitkoin hazırda 50,5 min dollar ətrafında alınıb-satılır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər