Qızıl 8 dollara yaxın ucuzlaşdı – Birja

10:13 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,60 ABŞ dolları ucuzlaşaraq 1 791,40 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,06 dollar artaraq 27,38 dollara satılıb.

 

Bütün xəbərlər