İraqdan gətirilən xurmanın satışı qadağan olundu

10:59 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri "AGRO ALLIANCE" MMC tərəfindən İraqdan ölkəmizə idxal edilən 23.50 ton quru xurma məhsuluna baxış keçirib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

 

Bütün xəbərlər