Gürcüstan hər gün 5 milyon dollar itirir - Detallar

11:10 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Koronavirus pandemiyası səbəbindən tətbiq olunan lokdauna görə Gürcüstan gündə təqribən 5 milyon ABŞ dolları itirir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Galt & Taggart” investisiya bankının hesabatında bildirilib.

Sənədə əsasən, 2020-ci ildə Gürcüstan iqtisadiyyatına dəyən zərərin həcmi təxminən 304 milyon ABŞ dolları təşkil edib.

Bankın dəyərləndirmələrinə görə, fevralın 1-dən karantin tədbirlərinin mərhələli şəkildə aradan götürülməsinə baxmyaraq, koronavirus ciddi problem olaraq qalır.

 

Bütün xəbərlər