"Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalını azaltdı

11:46 - 17.02.2021


17 fevral, Fineko/abc.az. "Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalını 2 559 276 manat və yaxud 23,3% azaldaraq 11 000 000 manatdan 8 440 724 manata endirdiyini elan edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər.

 

Bütün xəbərlər