Gürcüstanda yoluxmadan bir gündə 13 nəfər öldü - Statistika

12:04 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 486 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 499 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 266.948 nəfərə çatıb. Onlardan 259.727 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 13 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3.390 nəfər həyatını itirib.

 

Bütün xəbərlər