Aİ 92 yanacağının keyfiyyətində problemlər var – Açıqlama

14:10 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı ötən il ərzində 36 yanacaqdoldurma stansiyasında monitorinq aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli onlayn konfransda bildirib.

O, bu məntəqələrin əksəriyyətində kənarlaşmaların müşahidə olunduğunu və vətəndaşlar tərəfindən daxil olan şikayətlərin öz təsdiqini tapdığını vurğulayıb: "Hazırda əldə olunan məlumatlar tədqiq edilir. Aİ 92 yanacağının keyfiyyətində problemlər var. Hazırda yanacağın keyfiyyəti ilə əlaqədar standart hazırlanır. Burada yanacağın istehsalından istehlakçıya təqdim olunmasına qədər olan bütün proses nəzərdə tutulur. İndi standartla bağlı məsələ razılaşdırmanın son mərhələsindədir və ümid edirik ki, tətbiqindən sonra bu problemlər aradan qalxacaq”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər