Gürcüstanın Azərbaycana borcu bu qədərdir – Məbləğ

14:38 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Bu ilin fevralın 1-nə Gürcüstanın Azərbaycana borcu 5,491 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb.

Gürcüstanın xarici dövlət borcunun ümumi məbləği aylıq müqayisədə 0,2 milyard ABŞ dolları artaraq 7,8 milyard ABŞ dolları olub.

Bu məbləğin 7,4 milyard ABŞ dolları hökumətin payına düşür.

 

Bütün xəbərlər