Bakı-Gəncə sürət qatarına biletlərin qiyməti $12 təşkil edəcək

13:04 - 13.10.2017


Bakı-Gəncə sürət qatarlarının sərnişin daşımalarına dair tarifləri təyin edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, sərnişinlər üçün nəzərdə tutulmuş Bakı-Gəncə sürət qatarı növbəti il işə salınacaq.

“Qatarda gediş tarifi $12 təşkil edəcək ki, bu da hava və  avtomobil nəqliyyatına sərf olunan xərclərdən daha əlverişlidir”, - deyərək C.Qurbanov bildirdi.

Onun sözlərinə görə, qatar Bakıdan Gəncəyə qədər 4 saat ərzində çatacaq.

Bütün xəbərlər