Tenderlərdə eyni şirkətlərin qalib elan edilməsi məhdudlaşdırılacaq - Yeni qaydalar gəlir

16:41 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Satın alan dövlət təşkilatlarının elan etdikləri tenderlərdə eyni şirkətlərin və ya sahibi eyni olan şirkətlərin qalib elan edilməsi məhdudlaşdırılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onlayn konfransında Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.

O qeyd edib ki, yeni “Dövlət satınalmaları haqqında” qanun layihəsində nəzərdə tutulub ki, iştirak edən şirkətin benifisiar mülkiyyətçisinə qədər müəyyənləşdirmə aparılsın:

"Tenderdə iştirak edən təşkilatlar üzrə tələblər, maraqların toqquşması halları dəqiq dəqiq göstərilir. Məsələn, hər hansı tenderdə iki qardaşa məxsus olan ayrı-ayrı şirkətilərin və ya bir şəxsin payının olduğu ayrı-ayrı şirkətlərin iştirak etməsi yoxlanılacaq. Bu hallar mövcud qanunda göstərilməyib, boşluqlar var, amma yeni qanunda əksini tapacaq”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər