Valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldı

15:31 - 1.03.2018


1 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“Martın 1-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə bildirildi.

Fevralın 27-də keçirilmiş əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7001 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər