Un istehsalçılarına subsidiya veriləcək - Qərar

16:55 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Azərbaycanda un istehsal edən şəxslərə subsidiya veriləcək.

ABC.AZ nun xəbər verir ki, baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

Belə ki, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

 

Bütün xəbərlər