Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı

17:12 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Bakının Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub. 

DİN-dən ABC.AZ-a verilən məlumata görə, “Cənub” kafesində 14 fevral günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

 

Bütün xəbərlər