Azərbaycandan ixrac olunan buğdaya rüsum tətbiq olunur - Yeni qərar

17:24 - 17.02.2021


17 fevral, Fineko/abc.az. Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

ABC.AZ-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq. Bu Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

 

Bütün xəbərlər