Yumurta istehsalı azalıb – Hesabat

10:15 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Ötən ay ərzində Azərbaycanda 152,9 milyon ədəd yumurta istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, keçən ilin eyni ayının göstəricisindən 4,6% azdır .

Qeyd edək ki, 2020-ci ildə respublikada 797,8 milyon ədəd yumurta istehsal olunub. Hər yumurtlayan toyuqdan orta hesabla 220 ədəd yumurta alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər