Bakıda yoluxmanın ən çox olduğu ərazilər – Siyahı

10:55 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

ABC.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 15.0 faiz təşkil edir. Yoluxmanın çoxluğuna görə, növbəti sıralanmalar belədir.

Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.9 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

 

Bütün xəbərlər