Ölkə üzrə ən çox yoluxan ərazilər açıqlandı - Siyahı

11:07 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi koronavirusinfo.az saytı ölkə üzrə yeni yoluxma statistikasını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma 52.2 faizlə yenə də Bakıda qeydə alınıb.

Daha sonrakı sıralama belədir: Aran rayonlarında yoluxma 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3. 2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz və Naxçıvanda yoluxma 0.05 faiz təşkil edir. Ölkəxarici yoluxma isə 0.4 faizdir.

Qeyd edək ki, ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

 

Bütün xəbərlər