Bu sahədə istehsal 1,3% artıb – Hesabat

11:17 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 191,1 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2% artaraq 23,8 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər