Külək elektrik enerjisi istehsalı artıb

11:29 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında 2 225,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,8% çoxdur.

Bunun 2 068,3 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır.

Küləklə işləyən stansiyaların enerji istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 9,0 mln. kVt/saat, günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 9,1% azalaraq 2,0 mln. kVt/saat olub.

 

Bütün xəbərlər