Son 2 ildə pensiyalara ayrılan vəsaitlər nə qədər artıb?

11:54 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Pensiyalara ayrılan illik vəsait 36% artaraq 4 milyard 477 milyon manata, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclər 97% artaraq 1 milyard 156 milyon manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar.

Qeyd olunan dövrdə pensiyaların minimal məbləği 82% artaraq 200 manat, orta aylıq məbləği 43% artaraq 298 manat təşkil edib.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40% artaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49% artaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46% artaraq 240 manata çatıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər