Ehtiyac meyarı həddi 38 faiz artıb - 160 manat olub

12:03 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrlər ərzində pensiyaların artımı ilə bağlı statistik məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, son üç ildə müavinətlərin orta aylıq məbləği 95%, maksimum məbləği 65% artmaqla müvafiq olaraq 119 manata və 150 manata çatıb.

Təqaüdün maksimum məbləğində 54% artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.

Ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği 61% artaraq 240 manata çatıb. Bu artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 160 manata çatdırılıb, 38% artıb.

Yaşayış minimumunun məbləği də son üç ildə 23% artırılaraq 155 manatdan 190 manata çatdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər