Ünvanlı sosial yardımın illik xərcləri 97% artıb – Nazirlik

12:13 - 18.02.2021


18 fevral, Fineko/abc.az. 2018-2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36% və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon manata, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb.

Ümumilikdə büdcədən müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərin həcmində 97% artım özünü göstərməklə bu xərclər 588 milyon manatdan 1 milyard 156 milyon manata çatıb.

 

Bütün xəbərlər