330x110
 

Gürcüstan hökuməti istefaya getdi

18.02.2021,14:34


18 fevral, Fineko/abc.az. Baş nazirin istefasından sonra, Gürcüstan hökuməti tam tərkibdə istefa verib.

ABC.AZ xəbər verir ki, buna səbəb baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılması olub.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir.

Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.