Ötən il ən çox bu şəhərlərin mehmanxanalarında gecələmələr olub - Siyahı

15:04 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Pandemiya bir çox sahələrə mənfi təsir etdiyi kimi mehnanxana sektorundan da yan keçməyib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycanın da turizm sektorunda ciddi tənəzzül davam edib.

Qonşu dövlətlərlə sərhəddə məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə bağlı mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb. 2020-ci ildə Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 999,8 min olub. Bu, 2019-cu illə müqayisədə 3,3 dəfə azdır.

Hesabat dövründə mehmanxanalarda keçirilmiş gecələmələrin əsas hissəsi Bakı şəhərinin payına düşür - 58,0 faiz. Bundan əlavə, 9,7 faiz Qəbələdə, 5,5 faiz Qusarda, 4,1 faiz Qubada və digər rayonlarda qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər